Emin Əmrullayev: Kredit digər xərclərə yönəldilərsə, tələbə sayı azala bilər
“Təhsil tələbə kreditlərini tələbənin digər xərclərinə də yönəldə bilərik. Amma bu zaman kredit verilən tələbə sayı azala bilər”.
“Azərbaycan müəllimi”xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
“Burada seçim daha çox bundan ibarətdir ki, yalnız təhsil haqqını ödəməklə daha çox tələbəni əhatə etmək, yoxsa təhsil haqqı və qida xərclərini də ödəməklə daha az tələbəni əhatə etmək. Yəni bu, balanslaşmış yanaşmadır”,- o əlavə edib.



