Emin Əmrullayev: Müəllimlərimiz qürurlu və peşəkar insanlardır 

30 İyun, 2026 - 11:39
Emin Əmrullayev: Müəllimlərimiz qürurlu və peşəkar insanlardır 

“Mən icraçı qurumun rəhbəri olaraq verilən qaydaları icra edirəm. Lakin nazir kimi düşünürəm ki, müəllimlərin əməkhaqları nə qədər yüksək olsa, o qədər yaxşıdır”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2026: səriştəli müəllim – keyfiyyətli təhsil”mövzusunda keçirilən tədbirdə sual-cavab sessiyasında deyib.

Nazir bildirib ki, müəllimlər haqqında sovet dövründən gələn bəzi fikirlər var və bu, düzgün deyil: “Sovet dövründə belə bir fikir yaranıb ki, müəllim yazıqdır. Müəllim yazıq deyil, gəlin, bu sifəti dəyişək. Nə qədər ki, ətrafdakılar müəllim haqqında belə danışacaqlar, müəllimlər də düşünəcəklər ki, onlar yazıqdır və xüsusi güzəşt edilməlidir. Cəmiyyətin müəllimlərə “yazıq” kimi baxması düzgün deyil. Müəllimlərimiz qürurlu və peşəkar, düzgün insanlardır”.

Onun sözlərinə görə, 4000-dən artlq məktəb var ki, onların 90%-də şərait yaxşıdır: “Bəzi bölgələrdə, kəndlərdə müəllimlik ən yaxşı işdir”.