Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri ilə görüşüb

3 Fevral, 2026 - 09:09
Emin Əmrullayev Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyanın dəvəti əsasında Səudiyyə Ərəbistanı Krallığında səfərdədir.

"Azərbaycan müəllimi" xəbər verir ki, səfər çərçivəsində elm və təhsil naziri Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Yusif bin Abdullah əl-Binyan ilə görüşüb.

Görüş çərçivəsində iki ölkə arasında ali təhsil və peşə təhsili sahələrində cari əməkdaşlıq və yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər barədə ətraflı müzakirələr aparılıb.