Ən çox bu xarici universitetlərin diplomları tanınmır – Siyahı
Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi peşə tanınması üzrə imtahanda namizədlərin təhsil aldığı ölkələr üzrə göstəricilər açıqlanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2025-ci ilin IV rübü üzrə elektron bülletenində öz əksini tapıb.
Bülletendə qeyd olunur ki, ən çox müraciət edilən ali təhsil müəssisələrinin Rusiya və Ukraynada fəaliyyət göstərdiyi, bu ölkələr üzrə müraciətlərdə uğursuz nəticələrin sayca üstünlük təşkil etdiyi müşahidə olunub. Statistikaya əsasən, Ukrayna üzrə ən çox müraciət edilən 6 ali təhsil müəssisəsi arasında Ukrayna Milli Mülki Müdafiə Universiteti ilk sırada qərarlaşıb.
Belə ki, bu universitetə ümumilikdə 23 müraciət qeydə alınıb. Onlardan 8-i uğurlu, 15-i isə uğursuz nəticələnib.
İkinci yerdə Xarkov Milli Daxili İşlər Universiteti qərarlaşıb. Bu ali təhsil müəssisəsinə 8 müraciət olunub (3 uğurlu, 5 uğursuz).
Digər göstəricilər isə belədir:
Y. Mudriy adına Milli Hüquq Universiteti – ümumilikdə 5 müraciət (2 uğurlu, 3 uğursuz)
T. Şevçenko adına Kiyev Milli Universiteti – 4 müraciət (2 uğurlu, 2 uğursuz)
Odessa Hüquq Akademiyası – 3 müraciət (2 uğurlu, 1 uğursuz)
V. Dal adına Şərqi Ukrayna Milli Universiteti – 3 müraciət (2 uğurlu, 1 uğursuz)
Rusiyanın ən çox müraciət edilən ali təhsil müəssisəsi Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti olub.
Bu universitetə ümumilikdə 7 müraciət edilib. Onlardan 2-si uğurlu, 5-i uğursuz nəticə ilə yekunlaşıb.
Rusiya üzrə digər ali təhsil müəssisələri:
Moskva Dövlət Pedaqoji Universiteti – 4 müraciət (1 uğurlu, 3 uğursuz)
Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası – 3 müraciət (hamısı uğursuz)
Dağıstan Dövlət Pedaqoji Universiteti – 3 müraciət (hamısı uğursuz)
Ümumrusiya Dövlət Ədliyyə Universiteti – 3 müraciət (2 uğurlu, 1 uğursuz)



