Ən çox müraciət olunan istirahət və müalicə mərkəzləri
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı 2025-ci ilin ilk 7 ayı ərzində ən çox müraciət olunan istirahət və müalicə mərkəzlərinin və ondan yararlananların statistikasını açıqlayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, "Təhsil" istirahət mərkəzinə 4103, Bilgəh Kardioloji sanatoriyasına 1338, Şıx sanatoriyasına isə 911 nəfər müraciət edib.
Statistika göstərir ki, ittifaq üzvləri sanatoriya imkanlarından geniş şəkildə faydalanırlar.



