Ən çox plan yeri hansı ixtisaslara ayrılıb? – PTDA direktoru açıqladı 

23 İyul, 2026 - 11:14
Ən çox plan yeri hansı ixtisaslara ayrılıb?

Peşə təhsili müəssisələri üçün növbəti tədris ili üzrə ayrılmış qəbul planının 44 faizi, yəni 14 580 yer iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərini əhatə edir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, ən çox plan yeri ayrılan ixtisaslar arasında aşpaz (2040), bərbər-vizajist-manikürçü (1320), dərzi (1320), elektrik montyoru (1140), əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri üzrə çilingər və bitkiçilik mütəxəssisi yer alır.

Direktor bildirib ki, plan yerlərinin 67 faizi 6 aylıq - 1 illik təhsil proqramlarıdır.