“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilir

18 Fevral, 2026 - 12:05
“Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilir

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsinin Bakı şəhər mərhələsi keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqənin şəhər mərhələsində paytaxtın ümumi təhsil müəssisələrinin qeydiyyatdan keçmiş şagirdlərinin təqdimatı dinlənilir. Martın 10-na kimi davam edəcək dinləmələrdə uğur qazanan ən yaxşı təqdimat müəllifləri ölkə turunda iştirak hüququ qazanacaq.

Müsabiqədə qiymətləndirmə təqdimatçının mövzularla bağlı dolğun və əhatəli məlumata malik olduğunu nümayiş etdirməsi, şərh etdiyi məsələlərə müxtəlif mövqelərdən yanaşma və öz mövqeyini bildirməsi, nitqinin səlisliyi və lüğət ehtiyatının zənginliyi, irəli sürdüyü fikirləri təhlil əsasında faktlarla əsaslandırması və nəticələr çıxarması və müasir Azərbaycan tarixi üzrə dolğun biliklərə malik olması meyarlarına əsasən aparılır.

Qeyd edək ki, elm və təhsil nazirinin əmrinə əsasən, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqənin əsas məqsədi Ulu Öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdən ibarətdir.