ETİHİ Respublika Komitəsi tərəfindən ənənəvi görüşlərə start verilib

25 Sentyabr, 2026 - 20:29
ETİHİ Respublika Komitəsi tərəfindən ənənəvi görüşlərə start verilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsinin rəhbərliyi ilə Lənkəran–Astara Regional Təhsil İdarəsinin xidmətində olan təhsil müəssisələrinin həmkarlar ittifaqı üzvləri, ilk təşkilat və rayon komitələrinin sədrləri arasında görüş keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşə 500-ə yaxın həmkarlar ittifaqı üzvü və ilk təşkilat sədrləri qatılıblar.  

Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndələri, rayon komitələrinin sədrləri və Respublika Komitəsinin məsul əməkdaşları iştirak ediblır.

Görüşdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Tədbiri ETİHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə açıb.

Sonra ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev geniş təqdimatla çıxış edib. 

Görüşdə görülən işlər, qarşıdakı hədəflər və həmkarlar ittifaqı üzvlərini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və sosial-iqtisadi hüquqların müdafiəsi şöbəsinin kollektiv müqavilə və sazişlərlə iş sektorunun müdiri Şahxanım Həsənova çıxış edib.

Tədbirdə AHİK-in fəaliyyətinə dair videoçarx nümayiş etdirilib.

Açıq müzakirə şəraitində keçən görüşdə iştirakçıların sualları cavablandırılıb və təklifləri müzakirə olunub.

Qeyd edək ki, ilk təşkilatlarla əlaqələrin möhkəmləndirilməsi və üzvləri maraqlandıran məsələlərin birgə müzakirəsi məqsədilə digər şəhər və rayonlarda da belə görüşlər keçiriləcək.