ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib

27 Mart, 2026 - 20:35
ETİHİ-nin “Novruz 2026” düşərgəsinin ikinci mərhələsinə start verilib

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən “Təhsil"İstirahət Mərkəzində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin əməkdaşları üçün təşkil olunan “Novruz 2026” adlı düşərgəsinin ikinci mərhələsinə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, düşərgənin ikinci hissəsinin açılış mərasimində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin birinci müavini Tehranağa Abdullayev çıxış edərək Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Sahib Məmmədovun və ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayevin bayramlar münasibətilə təhsil işçilərinə təbriklərini çatdırıb. Sədr müavini düşərgədə iştirak edən ittifaq üzvlərinə mənalı istirahət və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Əməkdar mədəniyyət işçisi şair, yazıçı, kinodramaturq İlqar Fəhmi təhsil işçiləri üçün təşkil olunan düşərgədən məmnunluq hissi ilə danışaraq belə bir gözəl, zəngin proqramı ilə seçilən tədbiri həyata keçirən Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbərliyinə, əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib.

Tədbir rəsmi hissədən sonra tonqal ətrafında əyləncəli proqramla davam etdirilib.

Qeyd edək ki, tətil günlərində davam edən düşərgənin növbəti mərhələsində də təhsil işçiləri üçün zəngin və çoxşaxəli maraqlı fəaliyyət planı hazırlanıb. Proqram həm milli-mədəni dəyərlərin təbliğini, həm də təhsil işçilərinin peşəkar inkişafını təşviq etməyə yönəlib.

Bayram tədbirləri çərçivəsində Novruzun qədim ənənələrini əks etdirən müxtəlif mədəni və əyləncəli tədbirlər təşkil olunub.

Bununla yanaşı, düşərgə müddətində Azərbaycanın tanınmış elm xadimləri və mütəxəssislərinin iştirakı ilə müxtəlif mövzularda təlim və seminarlar da keçirilib.

İki mərhələdə keçirilən düşərgəyə ümumilikdə 800- dən çox təhsil işçisi cəlb olunub.