ETİHİ Respublika Komitəsinin növbəti görüşü Quba-Xaçmazda təşkil olunub
ETİHİ Respublika Komitəsinin ittifaq üzvləri ilə növbəti görüşü Quba-Xaçmaz regionunda olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş Quba rayonunun Alekseyevka kənd tam orta məktəbində keçirilib.Tədbirdə Quba, Xaçmaz, Şabran, Qusar və Siyəzən rayon komitələrinin nəzdində fəaliyyət göstərən 390 ilk təşkilat sədri iştirak edib.
Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev çıxış edərək üzv təşkilatlarla ünsiyyətin gücləndirilməsi, əmək münasibətlərinin təkmilləşdirilməsi və maarifləndirici fəaliyyətlərin genişləndirilməsi istiqamətində əsas prioritetləri diqqətə çatdırıb.
Regional toplantı çərçivəsində təhsil işçilərinin hüquqları, həmrəylik prinsipləri və ilk təşkilatların təşkilati inkişafı üzrə məlumatlar təqdim olunub, iştirakçılarla fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi regional görüşləri digər bölgələr üzrə mərhələli şəkildə davam etdirir.



