ETN-in dəstəklədiyi olimpiada, müsabiqə və yarışların siyahısı AÇIQLANDI

1 May, 2025 - 17:27
ETN-in dəstəklədiyi olimpiada, müsabiqə və yarışların siyahısı AÇIQLANDI
ETN-in dəstəklədiyi olimpiada, müsabiqə və yarışların siyahısı AÇIQLANDI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli, 229 nömrəli Qərarına əsasən təsdiq edilmiş sənədə uyğun olaraq, beynəlxalq və respublika səviyyəli fənn olimpiadalarının, beynəlxalq müsabiqə və yarışların siyahısı açıqlanıb.

“Azərbaycan müəllimi”nin məlumatına görə, bu siyahıya daxil olan yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanı əldə edirlər.
Qeyd olunan qərara əsasən, aşağıdakı beynəlxalq fənn olimpiadaları mötəbər hesab olunur:

- Beynəlxalq Riyaziyyat Olimpiadası (IMO)  
- Beynəlxalq Balkan Riyaziyyat Olimpiadası (BMO)  
- Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO)  
- Beynəlxalq Fizika Olimpiadası (IPhO)  
- Avropa Fizika Olimpiadası (EuPhO)  
- Asiya Fizika Olimpiadası (APhO)  
- Beynəlxalq Kimya Olimpiadası (IChO)  
- Beynəlxalq Mendeleyev Kimya Olimpiadası  
- Beynəlxalq Biologiya Olimpiadası (IBO)  
- Beynəlxalq İnformatika Olimpiadası (IOI)
Siyahıya daxil olmayan digər beynəlxalq fənn olimpiadaları, xüsusilə kommersiya məqsədli yarışlar, ölkədə hər hansı xüsusi imtiyaza malik deyillər və Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənmir.

Eyni zamanda, siyahıda qeyd olunan yarışlarla yanaşı, bəzi digər beynəlxalq olimpiadalar da mövcuddur ki, onlar Elm və Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Bu yarışlara hazırlıq prosesi nazirliyin sifarişi və Təhsil İnstitutunun təşkilatçılığı ilə həyata keçirilir.

Mütəmadi olaraq yenilənən tam siyahı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.