AAK sədri ordenlə təltif edildi - SƏRƏNCAM

17 Sentyabr, 2026 - 16:12
AAK sədri  ordenlə təltif edildi - SƏRƏNCAM

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

F.Mustafayev Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.

Qeyd edək ki, F.Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir. Sentyabrın 18-də onun 60 yaşı olur.