Fərhad Hacıyev: İştirakçı qadınların sayını artırmağa çalışırıq
VI "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanında 1 468 nəfər iştirak edib, onlardan 331 nəfəri yarımfinalçı adını qazanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev "Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsində deyib.
Onun sözlərinə görə, yarımfinalçıların 277 nəfəri əvvəlki illərdə iştirak edənlərdir.
İştirakçıların 57,7%-i 21-30 yaş aralığındadır. 40,18%-i 31-40 yaş aralığında, 2,11%-i isə 41-51 yaş aralığındadır: “Təəssüf ki, müsabiqədə iştirak edən qadınların sayı azdır. Onların sayının artırılmasına çalışılır. İştirakçıların yarıdan çoxu Bakıdandır. Bölgələrin də çox iştirak etməsini istərdik və bunun üçün də çalışırıq", - o vurğulayıb.
F.Hacıyev qeyd edib ki, müsabiqəyə müraciət edənlərin sayı hər il artır.




