Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək

12 May, 2026 - 12:22
Firudin Qurbanov Tovuzda vətəndaşları qəbul edəcək

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov 25 may tarixində Tovuz şəhərində vətəndaşları qəbul edəcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Tovuz rayon sakinləri iştirak edə bilərlər. 
 
Adı çəkilən rayonun sakinləri 22 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
 
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.