Firudin Qurbanovun Tovuzdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun 25 may tarixində Tovuz şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Belə ki, qəbul mayın 15-də keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, qəbulda Tovuz rayon sakinlərinin iştirakı nəzərdə tutulub.
Adı çəkilən rayonun sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.
Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.



