Şəmkir məzunları yüksək nəticələrinə görə Qazax-Tovuz regionunda lider olublar
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələri üzrə buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 136 məzun 600 və daha yüksək bal toplayıb.
“Azərbaycan müəllimi" xəbər verir ki, ən yüksək göstərici Şəmkir rayonuna məxsusdur. Bu rayondan 43 məzun 600-dən yüksək nəticə göstərib.
Tovuz rayonunda 38, Qazax rayonunda 24, Ağstafada 22, Gədəbəydə isə 9 məzun 600 və daha yüksək bal toplayıb.




