Qazax-Tovuz regionunda 675 şagird 200-dən çox bal toplayıb – Maksimum nəticə 297
Qazax şəhəri Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin XI B sinif şagirdi Əliyeva Nigar Xəyyam qızı buraxılış imtahanında 297.50 bal toplayaraq Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə ən yüksək nəticəyə imza atıb.
İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində ümumilikdə 675 şagird 200 baldan yuxarı nəticə göstərib.



