Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir

17 Aprel, 2026 - 10:34
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir

Qazax–Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Günün qalibi” layihəsi çərçivəsində şagirdlərin riyazi bacarıqlarının inkişafına yönəlmiş gündəlik 5 dəqiqəlik təkrarlar təşkil olunur.

İdarədən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, layihənin əsas məqsədi şagirdlərdə riyazi əməllər üzrə sürət, dəqiqlik və məntiqi düşünmə bacarıqlarını gücləndirmək, eyni zamanda onların dərsə marağını artırmaqdır.

Hər gün fərqlənən şagirdlər “Günün qalibi” seçilir və bu istiqamətdə məktəblər tərəfindən həvəsləndirici tədbirlər həyata keçirilir.

Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir
Qazax–Tovuz bölgəsinin məktəblərində “Günün qalibi” layihəsi həyata keçirilir