Fiziklər kvant dolaşıqlığını müşahidə etmək üçün yeni mikroskop yaradıblar

23 Yanvar, 2025 - 23:22
Fiziklər kvant dolaşıqlığını müşahidə etmək üçün yeni mikroskop yaradıblar
Fiziklər kvant dolaşıqlığını müşahidə etmək üçün yeni mikroskop yaradıblar

Alimlər kvant dünyasını araşdırmaq üçün innovativ metod hazırlayıblar.

"Azərbaycan müəllimi" xəbər verir ki, Honq-Konq və Monreal universitetlərindən olan tədqiqatçılar qrupu hissəciklərin kvant dolaşıqlığını müşahidə etməyə və xəritələndirməyə imkan verən unikal "dolaşıq mikroskopiya" texnologiyasını təqdim ediblər.

Kvant dolaşıqlığı hissəciklərin bir-biri ilə məsafədən asılı olmayaraq bağlı qaldığı bir fenomen kimi kvant hesablamaları, kriptoqrafiya və yeni materialların tədqiqində mühüm rol oynayır. Bu yeni metod kvant Monte-Karlo simulyasiyasından istifadə edərək mikroskopik səviyyədə dolaşıqlığın incə detallarını araşdırmağa imkan verir.

Araşdırmada İsinq və fermionik t-V modelləri adlanan iki əsas fiziki sistem üzərində çalışılıb. Alimlər hissəciklərin bir-biri ilə necə qarşılıqlı əlaqədə olduğunu və sistemin ölçülərinin kvant dolaşıqlığına təsirini öyrəniblər. Məlum olub ki, birölçülü sistemlərdə hissəciklər arasında üçlü kvant əlaqəsi mövcuddur, lakin bu, ikiölçülü sistemlərdə müşahidə edilmir.

Bu yenilik kvant texnologiyalarının inkişafını sürətləndirə və enerji, elektronika və süni intellekt sahələrində yeni tətbiqlərin yolunu aça bilər. Kvant hesablamaları və materialların dizaynında irəliləyişlər gözlənilir.