Folklor İnstitutunun strukturu təsdiqlənib, bəzi institutlarda yeni şöbələr yaradılıb

15 Aprel, 2025 - 12:05
Folklor İnstitutunun strukturu təsdiqlənib, bəzi institutlarda yeni şöbələr yaradılıb
Folklor İnstitutunun strukturu təsdiqlənib, bəzi institutlarda yeni şöbələr yaradılıb

AMEA Rəyasət Heyətinin iclasında Folklor İnstitutunun strukturu təsdiq edilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, həmçinin AMEA-nın Gəncə Bölməsində daxili imkanlar və mövcud ştat vahidləri hesabına Sənədlərlə iş şöbəsi, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin bazasında isə daxili imkanlar və mövcud ştat vahidləri hesabına Süni intellekt və kompüter dilçiliyi şöbəsi yaradılıb.