Fond 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edib
“Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun (TTKF) İdarə Heyətinin sədri Bəhruz Əzimov TTKF-nin 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.
O bildirib ki, Fond 400-ə yaxın məzunun işlə təmin olunmasına vasitəçilik edib: “Məzunların maliyyə savadlılığının artırılması və məşğulluğunun dəstəklənməsi məqsədilə ödənişsiz təlimlər, təcrübə proqramları və karyera sərgilərində iştirak imkanları yaradılıb. Bu məqsədlə, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb”.


