Fuad Qarayev: Beynəlxalq olimpiadalar üzrə kifayət qədər böyük nailiyyətlər var

9 İyun, 2026 - 17:28
Fuad Qarayev: Beynəlxalq olimpiadalar üzrə kifayət qədər böyük nailiyyətlər var

“Bu il 73 mindən çox şagird Respublika fənn olimpiadalarında iştirak edib. Onların arasından 520 nəfər artıq qalib elan edilib. Əvvəlki illərdən fərqli olaraq, bu il mükafatları üç fərqli istiqamət üzrə təqdim edirik: təbiət fənləri üzrə ayrıca, humanitar fənlər üzrə ayrıca, texniki fənlər üzrə də ayrıca”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev jurnalistlərə açıqlamasında söyləyib.

O bildirib ki, ki, qalib olan şagirdlər gələcək həyatlarında da bu müvəffəqiyyətlərin davamını gətirəcəklər: “Bilirsiniz ki, respublika fənn olimpiadalarının qalibləri sonradan müxtəlif beynəlxalq olimpiadalarda da təmsil olunurlar. Azərbaycanın bu sahədə kifayət qədər böyük nailiyyətləri var.

Ümid edirəm ki, şagirdlərimiz bundan sonra da ölkəmizi, bayrağımızı, vətənimizi, millətimizi və millətimizin intellektual səviyyəsini ən gözəl şəkildə təmsil edə biləcəklər”.