Futzal üzrə “Novruz kuboku” başa çatıb

13 Mart, 2026 - 09:49
Futzal üzrə “Novruz kuboku” başa çatıb

Martın 12-də ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Novruz kuboku” adlı regional futzal turnirinə yekun vurulub.

"Azərbaycan müəllimi" xəbər verir ki, oyunlar 2 qrup üzrə Şirvan və Gəncə şəhərlərində keçirilib.

Qərb bölgəsi üzrə Gəncə İdman Olimpiya Kompleksində keçirilən oyunlarda Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Mingəçevir Dövlət Universiteti, Mingəçevir Turizm Kolleci Mingəçevir Turizm Kolleci, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci və Şəki Dövlət Regional Kollecinin komandaları iştirak edib. 

Keçirilən oyunların nəticələrinə əsasən, Azərbaycan Dövlət Aqrar Universiteti 1-ci, Gəncə Dövlət Universiteti 2-ci, Mingəçevir Dövlət Universitetinin komandası 3-cü yerin qalibi olub. 

Qeyd edək ki, turnirə 4 mart tarixində start verilmiş, ümumilikdə 13 komanda iştirak etmişdir.
Turnir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilib.
Turnirin keçirilməsində məqsəd Azərbaycan Tələbə Liqasında çıxış etməyən Bakının, eləcə də bölgələrdəki ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala marağını artırmaq, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.

Futzal üzrə “Novruz kuboku” başa çatıb
Futzal üzrə “Novruz kuboku” başa çatıb
Futzal üzrə “Novruz kuboku” başa çatıb
Futzal üzrə “Novruz kuboku” başa çatıb
Futzal üzrə “Novruz kuboku” başa çatıb