GDU tələbəsi İslam Həmrəyliyi Oyunlarında medal qazanıb

14 Noyabr, 2025 - 13:25
GDU tələbəsi İslam Həmrəyliyi Oyunlarında medal qazanıb

Gəncə Dövlət Universitetinin (GDU) Pedaqoji fakültəsinin "Məşqçilik" ixtisasının 2-ci kurs tələbəsi, GDU-nun İdman Klubunun yetirməsi Fatimə Mehdiyeva İslam Həmrəyliyi Oyunlarında medal qazananlar sırasındadır.  

"Azərbaycan müəllimi" xəbər verir ki, F.Mehdiyeva VI İslam Həmrəyliyi Oyunlarında boks üzrə yarışlarda bürünc medal qazanıb.

Qeyd edək ki, Fatimə Mehdiyeva 23-29 noyabr tarixində Macarıstanda keçiriləcək Avropa Çempionatında Azərbaycan milli komandasının tərkibində iştirak etmək hüququ qazanıb.