Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək

27 Aprel, 2026 - 13:20
Gələn il buraxılış imtahanında əlavə vaxt veriləcək

Gələn il 11 illik tam orta təhsil səviyyəsində buraxılış imtahanında xarici dillər üzrə yeni imtahan modelinin tətbiqi ilə əlaqədar olaraq abituriyentlərə 15 dəqiqə əlavə vaxtın verilməsi nəzərdə tutulur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva  jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, bu, yalnız 11 illik - tam orta təhsil səviyyəsi üzrə keçiriləcək buraxılış imtahanına aiddir.