Gələn il orta ixtisas müəssisələrində pilot olaraq qiymətləndirilmə aparılması planlaşdırılır
Orta ixtisas təhsili müəssisələrinin akkreditasiyasının aparılıb aparılmayacağına aydınlıq gətirilib.
Agentlikdən “Azərbaycan müəllimi”nə bildirilib ki, qanunvericilik mandatına əsasən, TKTA ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin akkreditasiyasını təşkil edən publik hüquqi şəxs statusuna malik olan qurumdur.
“2025-ci ildə orta ixtisas təhsili müəssisələrinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirilmə meyarlarının hazırlanıb təsdiq olunması və pilot qiymətləndirilmənin keçirilməsi planlaşdırılır”, - deyə bildirilib.


