Gələn il peşə təhsili müəssisələrinə qəbul olanların sayı 28 mini ötəcək

2 Dekabr, 2025 - 12:10
Gələn il peşə təhsili müəssisələrinə qəbul olanların sayı 28 mini ötəcək

"2026-cı ildə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının 28 140 nəfər olacağı gözlənilir".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin Peşə təhsili sektorunun aparıcı məsləhətçisi Rəbiyyə Museyibzadə səsləndirib. 

O qeyd edib ki, yüksək texniki peşə təhsili alan tələbələrin sayı 10 min nəfər olacaq. 

2027-2030-cu illərdə peşə təhsili müəssisələrinə qəbul olan tələbələrin sayının 8000 nəfər, yüksək texniki peşə təhsili alan tələbələrin sayının isə 2000 nəfər artırılması planlaşdırılır.