"Gənc müəllimlər və Yaşıl düşüncə” adlı tədbir keçiriləcək

21 Oktyabr, 2024 - 09:09

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən “Gənc müəllimlər və Yaşıl düşüncə” adlı tədbir keçiriləcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirin əsas məqsədi qarşıdan gələn COP29-la bağlı müəllimlərin məlumatlığını artırmaq, həmçinin qarşılıqlı fikir və təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Qeyd edək ki, tədbirdə gənc müəllimlərlə yanaşı, rəsmi qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri, o cümlədən COP 29-un İdarə Heyətindən nümayəndələr iştirak edəcəklər.

📅Tarix: 23 oktyabr 2024-cü il
⏰️Saat:15:00
📍Məkan: Bakı Avropa liseyi

Qeydiyyat üçün son tarix: 22 oktyabr 2024-cü il.

Qeydiyyat linki: https://forms.gle/4bbwPLdv5NjKpAZQ9