“Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Oktyabrın 14-də Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsilin İnkişafı Fondunun əməkdaşlığı ilə “Gənc Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.
"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində regionlardan gənc qızların təhsilinə dəstək göstərilməsi məqsədilə yaradılan “Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı” üzrə aylıq təqaüd qazanan, həmçinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan qızlar mükafatlandırılacaqlar.


