Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

15 Avqust, 2025 - 23:17
Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar
Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar
Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar
Gəncə məktəbliləri "AROVC 2025" yarışının qalibi olublar

14–15 avqust tarixlərində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Təlim-Tədris Mərkəzində “STEAM Azərbaycan” layihəsi çərçivəsində “Azerbaijan ROV Challenge – Sualtı gəmi” yarışı keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, yarışda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin “Deep Scan” komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb. Sualtı aparatların idarə edilməsi üzrə bacarıqlarını nümayiş etdirən gənc mühəndislər yenilikçi həllər və dəqiq texniki icra ilə münsiflər heyətinin rəğbətini qazanıblar.