Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib

7 Mart, 2025 - 19:09
Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib
Gəncədə məktəb direktoru vəzifəsindən azad edilib

Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Gülbəniz Bayramova tutduğu vəzifədən azad edilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, G.Bayramova bir il öncə sözügedən məktəbə direktor təyin edilmişdi.

Qeyd edək ki, ona birmüddət əvvəl Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən şiddətli töhmət və sonuncu xəbərdarlıq da verilmişdi.