Gəncədəki bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

11 Mart, 2025 - 09:53
Gəncədəki bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA

“Gəncə şəhərində baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı tərəfimizdən araşdırma aparılıb. Araşdırmanın nəticəsinə əsasən, hadisədə iştirak edən tərəflərdən heç biri Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin şagird kontingentində yoxdur”.

Bu, Regional Təhsil İdarəsindən “Azərbaycan müəllimi”nin sorğusuna verilən cavabda qeyd edilib.

Bildirilib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. 

Xatırladaq ki, dünən Gəncə şəhərində məktəblinin bıçaqlanması ilə bağlı məlumat yayılmışdı.

Gəncədəki bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA
Gəncədəki bıçaqlanma hadisəsi ilə bağlı RƏSMİ AÇIQLAMA