Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib

29 Yanvar, 2026 - 15:19
Gənclər və İdman Nazirliyi LDU-ya velosipedlər hədiyyə edib

Lənkəran Dövlət Universitetində Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşəbbüsü olan “VeloLife” layihəsi çərçivəsində universitet gəncləri üçün nəzərdə tutulmuş velosipedlərin təqdimatına həsr olunmuş açılış mərasimi keçirilib.

Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbovun Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) heyəti, Tələbə Gənclər Təşkilatlarının (TGT) sədrləri və müavinləri ilə keçirilən görüşündə LDU Tələbə Gənclər Təşkilatının sədri Sara İbadzadə bu təşəbbüslə çıxış edib. Təşəbbüs nazirlik tərəfindən yüksək qiymətləndirilib və universitetə 25 ədəd velosiped, qoruyucu kasketləri, su qabları ilə birgə hədiyyə edilib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran – Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, Lənkəran Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dos. Ramiz Şəmmədov, tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dos. Zaur Məmmədov çıxış edərək layihənin gənclər arasında sağlam həyat tərzinin təşviqi, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin artırılması baxımından əhəmiyyətini vurğulayıblar, həmçinin təşəbbüsə göstərilən dəstəyə görə gənclər və idman naziri Fərid Qayıbova minnətdarlıq bildiriblər.