Gəray Gəraybəyli: Yeni qiymətləndirmə modeli uğurla tətbiq olunub
Azərbaycan Tibb Universitetinin (ATU) Böyük Elmi Şurasının 2025–2026-cı tədris ilində, ötən il Böyük Elmi Şurada qəbul olunan qərarlara uyğun olaraq, 2025–2026-cı tədris ilində buraxılış kurslarında yeni, praktik yönümlü yekun qiymətləndirmə modeli pilot layihə kimi uğurla tətbiq edilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu universitetin rektoru Gəray Gəraybəyli Böyük Elmi Şuranın iclasında bildirib.
Rektor qeyd edib ki, universitetdə ilk dəfə olaraq dövlət attestasiya komissiyalarının əvəzinə universitetdaxili yekun qiymətləndirmə komissiyaları fəaliyyət göstərib. Onun sözlərinə görə, yeni model tələbələrin nəzəri bilikləri ilə yanaşı, praktik bacarıqlarının da obyektiv qiymətləndirilməsinə imkan yaradıb.
G.Gəraybəyli yeni qiymətləndirmə formatının tələbələr tərəfindən müsbət qarşılandığını vurğulayaraq bildirib ki, qiymətləndirmə prosesi ilə bağlı səsləndirilən təkliflər nəzərə alınacaq və sistem növbəti illərdə daha da təkmilləşdiriləcək.




