Goranboyda şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb

10 Fevral, 2026 - 14:14
Goranboyda şəhid övladları üçün şəxsi inkişaf düşərgəsi açılıb

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, YAŞAT Fondunun, Goranboy Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə Goranboy rayonunda şəhid övladlarının şəxsi inkişaf düşərgəsinin açılış mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, respublikanın müxtəlif bölgələrindən olan şəhid ailələrinin 16–29 yaş aralığında 60 nəfər gənc övladının iştirakı ilə 13 fevral 2026-cı il tarixinədək Goranboy Olimpiya İdman Kompleksində təşkil olunan düşərgənin əsas məqsədi gənclərin şəxsi potensialının üzə çıxarılması, sosial aktivliyinin artırılması, özünəinam və psixoloji dayanıqlılıqlarının gücləndirilməsi, milli-mənəvi dəyərlər əsasında formalaşmalarına dəstək verməkdir.

Açılış mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Sosial proqramlar sektorunun əməkdaşı Nərmin Cahangirova, YAŞAT Fondunun əməkdaşı Aqşin Balahəsənli, şəhid ailələri və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlarda şəhid ailələrinə dövlət qayğısından, gənclərin hərtərəfli inkişafının təmin edilməsinin vacibliyindən və bu kimi layihələrin əhəmiyyətindən bəhs olunub.Qeyd edək ki, düşərgə müddətində iştirakçılar üçün interaktiv təlimlər, komanda əsaslı fəaliyyətlər, motivasiyaedici sessiyalar və sosial yönümlü proqramlar təşkil ediləcək. Bu təşəbbüs gənclərin həm fərdi inkişafına, həm də cəmiyyətə inteqrasiyasına mühüm töhfə verməyi hədəfləyir.