Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci Baytarlıq İdarəsi ilə əməkdaşlıq edəcək
Göyçay Dövlət İdarəetmə və Texnologiya kolleci ilə Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, strateji inkişaf planına əsasən, bağlanmış müqavilə 2030-cu ilin əvvəlinədək qüvvədədir.
Təhsil müəssisəsi ilə işəgötürən arasında bağlanmış müqavilənın əsas məqsədləri aşağıdakılardır:
1. Hər il işəgötürən (Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi) tərəfindən seçilmiş, uyğun ixtisaslı bilikli və bacarıqlı məzun tələbələri müəssisədə işlə təmin etmək.
2. Təhsillə təcrübə arasında körpü yaratmaq, tələbələrin pesakar bacarıqlarını artırmaq və heyvan sağlamlığının qorunmasına birgə töhfə vermək.
3. Tələbələrin heyvan sağlamlığı idarəsində istehsalat təcrübəsi keçmək, real iş mühitində praktik bilikləri artırmaq, müasir diaqnostika və müalicə üsullarını öyrənmək.
4. Baytarlıq və heyvan sağlamlığı sahəsində ixtisaslı mütəxəssislər yetişdirmək, əmək bazarının tələblərinə uyğun kadr hazırlamaq.
5. Hər semestr Göyçay Rayon Heyvan sağlamlığı və Baytarlıq xidmətləri idarəsi mütəxəssisləri tərəfindən GDİTK tələbələrinə seminarlar keçirmək.
6. Heyvanların suni mayalanması, peyvənd olunması, müxtəlif xəstəliklərin müalicəsi zamanı tələbələrin iştirakını təmin etmək.



