Gözəllik sahəsində peşə təhsilinin inkişafı müzakirə edilib

31 Avqust, 2026 - 09:52
Gözəllik sahəsində peşə təhsilinin inkişafı müzakirə edilib

Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə “Gözəlliyə Xidmət Sahəsində Sahibkarlara Dəstək” İctimai Birliyi arasında görüş keçirilib.

Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə gözəllik sahəsində peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsi, tələbələrin istehsalat təcrübəsinə cəlb olunması, məzunların məşğulluğuna dəstək və sahibkarlıq bacarıqlarının gücləndirilməsi məsələləri müzakirə edilib.
Həmçinin kurikulum və peşə standartlarının təkmilləşdirilməsi, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi və istehsalat təcrübəsinin səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.