Günel Səfərova: Həssas yaş qrupları üçün xüsusi proqramların hazırlanmasına ehtiyac var

22 Dekabr, 2025 - 16:48
Günel Səfərova: Həssas yaş qrupları üçün xüsusi proqramların hazırlanmasına ehtiyac var

“Ən həssas yaş qrupları üçün xüsusi proqramların hazırlanmasına ehtiyac var. Həssaslıq yaşa görə dəyişir:10–12 yaş empatiya, özünü dərketmə, onlayn təhlükəsizlik.12–15 yaş yaşıd təzyiqi, risk qiymətləndirmə, əlaqələr və qərarvermə. Proqramlar yaşa uyğun olmalı, pedaqoji və psixoloq məsləhətləri ilə hazırlanmalıdır.

Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova söyləyib. 

O, həmçinin müsahibəsində  “Məktəb-valideyn-icma üçbucağı” modelindən də söz açıb:

“Bu, təhsildə şagirdin hərtərəfli inkişafını təmin edən əməkdaşlıq modelidir. Adıçəkilən modeldə məktəb, valideyn və icma bir-birini tamamlayan tərəfdaşlar kimi çıxış edir və ümumi məqsəd uşağın akademik, psixoloji və sosial rifahıdır. Bilirsiniz, məktəb tədris, tərbiyə və təhlükəsiz mühit yaradır. Valideyn uşağın davranışına, motivasiyasına və davamlılığına birbaşa təsir göstərir. İcma sosial dəstək, real həyat təcrübəsi və resurslar təqdim edir”.