Hafiz Paşayev: ADA-nın Şəkidəki yeni kampusu gözəl bir restavrasiya nümunəsidir
"ADA-nın Şəkidəki yeni kampusu gözəl bir restavrasiya nümunəsidir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu bu gün ADA Universitetində xarici ekspertlərin iştirakı ilə keçirilən konfransda çıxışı zamanı universitetin rektoru Hafiz Paşayev deyib.
O bildirib ki, bu layihə İtaliya-Azərbaycan Universitetinin təşəbbüsü ilə reallaşdırılıb, ADA Universiteti və Politecnico di Milano arasında əməkdaşlığın bir nümunəsidir.
Beləliklə, İtaliya-Azərbaycan arasındakı münasibətlərə daha bir töhfə vermiş olacağıq.
Xatırladaq ki, ADA Universitetinin Dizayn və memarlıq fakültəsi Şəkidə Xan Sarayının yaxınlığında yerləşir.
Ötən il noyabrın 27-də ADA Universiteti İtaliya-Azərbaycan Universitetinin layihəsi çərçivəsində Şəkidə Milan Politexnik Universiteti ilə birgə Dizayn və memarlıq fakültəsinin açılışını edib.


