Hansı peşə təhsili müəssisələrində yataqxana var? – SİYAHI

10 Avqust, 2026 - 10:18
Hansı peşə təhsili müəssisələrində yataqxana var?

2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul prosesi davam edir və yataqxana infrastrukturuna malik 8 müəssisədə ümumilikdə 960 nəfərlik yer mövcuddur.

"Azərbaycan müəllimi" yataqxana infrastrukturuna malik peşə təhsili müəssisələrinin siyahısını diqqətinizə çatdırır:

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi – 80 nəfər
Bərdə Dövlət Peşə Təhsil Mərkəzi – 192 nəfər
Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi – 54 nəfər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi – 136 nəfər
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi – 128 nəfər
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – 174 nəfər
Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 87 nəfər
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi – 109 nəfər.

Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu üçün qeydiyyat 23 iyul tarixində başlayıb. Son müraciət tarixi 10 avqust saat 18:00-dır.

Qeydiyyat linki: portal.edu.az
Qəbul planı: https://shorturl.at/yWxTW