Hansı rayonların abituriyentləri daha çox seçiliblər?
Ötən il ali təhsil müəssisələrinə qəbul zamanı tədris dili üzrə ən yüksək nəticə göstərən rayon və şəhərlər bəlli olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialları “Abituriyent” jurnalının 12-ci nömrəsində qeyd edilib.
Belə ki, tədris dili üzrə ən yüksək nəticə Elm və Təhsil Nazirliyi tabeliyindəki liseylər və özəl liseylər tərəfindən qeydə alınıb. Belə ki, 372 abituriyent tərəfindən 70.23% düzgün cavablar qeydə alınıb.
İsmayıllı rayonu üzrə 163 abituriyent tərəfindən 66.10% düzgün nəticələr qeydə alınıb.
Mingəçevir şəhəri üzrə 299 abituriyent tərəfindən 64.95% düzgün nəticə göstərilib.
Digər yüksək nəticə göstərən regionlar isə aşağıdakılardır:
Sumqayıt şəhəri: 825 abituriyent üzrə 64.63% düzgün cavab
Göyçay rayonu: 170 abituriyent üzrə 63.84% düzgün cavab
Tovuz rayonu: 303 abituriyent üzrə 63.68% düzgün cavab
Qəbələ rayonu: 237 abituriyent üzrə 63.50% düzgün cavab
Culfa rayonu: 106 abituriyent üzrə 63.45% düzgün cavab
Qubadlı rayonu: 196 abituriyent üzrə 62.54% düzgün cavab
Hacıqabul rayonu: 117 abituriyent üzrə 62.22% düzgün cavab.




