Hazırda 9 şagirdə 1 kompüter düşür

17 Mart, 2025 - 11:57
Hazırda 9 şagirdə 1 kompüter düşür
Hazırda 9 şagirdə 1 kompüter düşür

2024-cü ildə təhsil müəssisələrinin əlavə 40 min ədəd kompüter avadanlığı ilə təchiz olunması istiqamətində iş aparılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu məlumat Nazirlər Kabinetinin 2024-cü il üzrə fəaliyyətinə dair hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində 2024-cü ilin sonuna ümumi təhsil müəssisələrində 9 şagirdə 1 kompüter düşüb, 2026-cı ilin sonuna isə bu nisbətin 1:6 olması nəzərdə tutulur.