Hesablama Palatası Elm və Təhsil Nazirliyi ilə birgə audit keçirir

31 Oktyabr, 2025 - 11:46
Hesablama Palatası Elm və Təhsil Nazirliyi ilə birgə audit keçirir

Hesablama Palatası Elm və Təhsil Nazirliyində audit keçirir.

"Azərbaycan müəllimi" APA-ya istinadən xəbər verir ki, Hesablama Palatası 2025-ci ilin İş Planına əsasən, Elm və Təhsil Nazirliyində audit həyata keçirir. Audit Nazirliyin fəaliyyətində təhsil sisteminin informasiyalaşdırılması proseslərinin səmərəliliyi və nəticəliliyinin qiymətləndirilməsini əhatə edir. Bununla yanaşı, qurum Nazirliyin tabeliyində fəaliyyət göstərən “Təhsil Respublika İdman Mərkəzi” publik hüquqi şəxsdə də nəzarət tədbiri həyata keçirir.

Palatadan əlavə edilib ki, hər iki istiqamət üzrə audit prosesi hazırda davam edir.

Elm və Təhsil Nazirliyindən isə sorğumuza cavab olaraq bildirilib ki, bu, hər il ənənəvi həyata keçirilən bir prosesdir.