İcma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

11 Oktyabr, 2024 - 15:13

Elm və Təhsil Nazirliyi tərəfindən elan edilən “2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” üzrə qrant müsabiqəsinə sənəd qəbulu davam edir. 

“Azərbaycan müəllimi” xəbər verir ki, qrant müsabiqəsində iştirak üçün sənədlərin qəbulu alternativxidmet@edu.gov.az elektron poçt ünvanı vasitəsilə aparılır. 

Sənəd qəbulu üçün son müraciət tarixi 22 oktyabr 2024-cü ildir.

Müsabiqə ilə bağlı ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Layihə təklifi forması
CV forması