İcraçı direktor: Təhsilin etikası ilə bağlı əsas nəzəri biliklər tələbələrə ötürülür
"Tam əminliklə deyə bilərəm ki, I Qarabağ Təhsil Forumu gələcək müzakirə platforması kimi möhkəm bünovrə üzərində qurulub. Tələbələr ilə apardığımız müzakirələr də onu deyir ki, Qarabağ Universitetində təhsilin etikası və öyrənmə ilə bağlı əsas nəzəri biliklər onlara ötürülür”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirlər I Qarabağ Təhsil Forumu zamanı spiker olaraq çıxış edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin baş icraçı direktoru Tural Abbasova məxsusdur.
"Kafedranın müəllim heyəti isə qlobal səviyyədə yeni bilik və səriştələri tələbələr ilə düzgün paylaşmağı bacaran peşəkarlardır. Böyük qürur hissi ilə qatıldığım forumun hər anı öyrənmə dolu keçdi",- deyə o qeyd edib.
Əlavə edib ki, CTE (Collective Teacher Efficacy), yəni “Kollektiv Müəllim Effektivliyi” mütləq araşdırılmalıdır . Çünki təkcə yaxşı müəllim olmaq kifayət deyil, məktəb daxilində ortaq vizyon və inam da formalaşmalıdır. Həmçinin müəllimlər üçün əsas bacarıqlardan biri kimi “demystification” anlayışının olduğunu vurğulayıb. “Yəni çətin anlayışları sadələşdirərək aydın şəkildə izah etmək lazımdır”,- deyə qeyd edib.



