İctimai Şura üzvləri LDU-da imtahanların gedişini izləyiblər

23 Yanvar, 2026 - 12:52
İctimai Şura üzvləri LDU-da imtahanların gedişini izləyiblər

Lənkəran Dövlət Universitetindəki (LDU) İctimai şuranın üzvləri 2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələr üçün yaradılan şəraitlə əyani tanış olmaq məqsədilə universitetdə imtahanların gedişini canlı izləyiblər.

LDU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İctimai Şuranın sədri, Əməkdar müəllim Mənsur Ağayev və şura üzvləri – Azərbaycan Respublikasının Xalq artisti, Lənkəran Dövlət Dram Teatrının aktyoru Qabil Quliyev, Lənkəran şəhər S.Kazımbəyov adına texniki-riyaziyyat təmayüllü liseyin direktoru, Əməkdar müəllim, fizika-riyazıyyat elmləri namizədi Akif Xalıqov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov universitetin tədris korpuslarında imtahanların gedişi, imtahan mərkəzinin fəaliyyəti, Operativ Qərargahın işi ilə yaxından tanış olublar.

İmtahan tarixlərinin və saatlarının sessiyanın gedişi ərəfəsində tələbələrin özləri tərəfindən təyin olunması, tələbələrə imtahanın vaxtı, keçiriləcəyi otağın nömrəsi və s. barədə öncədən sms-lərin göndərilməsi İctimai şuranın üzvlərini razı salıb.

Lənkəran Dövlət Universitetində gördüklərindən məmnun qalan Şura üzvləri imtahanların tam obyektiv və şəffaf şəraitdə keçirildiyini, tələbələr üçün lazımi şərait yaradıldığını deyərək universitet rəhbərliyinə minnətdarlıq ediblər, həmçinin rəy və təkliflərini bildiriblər.