II və III ixtisas qrupları üzrə imtahanda 13 nəfərin nəticəsi ləğv edilib
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 25 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
DİM-dən “Azərbaycan müəllimi”nə verilən xəbərə görə, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 54 246 abituriyentdən (II qrup üzrə 25 960 nəfər, III qrup üzrə 28 286 nəfər) 2018 nəfər (II qrup üzrə 1296 nəfər, III qrup üzrə 722 nəfər) imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 13 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.



