“İlk dəfə mikroskop altında müşahidə apardım"- Tələbələr təcrübədə

6 Noyabr, 2025 - 12:28

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin “Laborant-mikrobioloq” ixtisasının tələbələri təcrübə səfərində olublar. Tələbələr "Sağlam həyat" Tibb Mərkəzinə keçirilən təcrübə səfəri çərçivəsində tibbi laboratoriyanın iş prinsipi ilə yaxından tanış olublar.

Təcrübə zamanı tələbələr laboratoriya avadanlıqları və onların işləmə qaydası, qan analizlərinin aparılması prosesi, mikroskopik müşahidələr və canlı orqanizmlərin incələnməsi, mikroorqanizmlərin əkilməsi və sterilizasiya üsulları kimi bir sıra vacib prosedurlar barədə praktiki biliklər əldə edib, bəzi prosedurlarda özləri də iştirak ediblər.

Tələbə Qənirə deyir ki, təcrübə onun üçün çox maraqlı olub: “İlk dəfə mikroskop altında müşahidə apardım. Mikroskop altında bakteriya hüceyrələrini, maya göbələklərini və hüceyrə quruluşlarını izlədim. Bəzi mikroorqanizmlərin hərəkətli, bəzilərinin isə sabit olduğunu öyrəndim və bu, çox maraqlı oldu. Onların formaları və rənglənmə fərqləri diqqətimi cəlb etdi. Bu təcrübə mənə mikroorqanizmlərin quruluşunu daha yaxından öyrənməyə xüsusi maraq oyatdı. Təcrübə səfərində müşahidə bacarığımı artırmağın önəmini anladım. Gələcəkdə daim istifadə edəcəyim müxtəlif preparatları ilk dəfə burada gördüm”. 

Qrup rəhbəri Xəyalə Səmədova “Azərbaycan müəllimi”nə bildirib ki, belə səfərlər tələbələrinin praktiki bacarıqlarının inkişafı, peşə yönümlü təcrübə qazanmaları və real iş mühiti ilə tanış olmaları baxımından mühüm əhəmiyyət daşıyır:

“Təhsil müddəti 1 il olan “Laborant-mikrobioloq” ixtisası üzrə  17 nəfərdən ibarət qrupumuz təcrübə səfərində maraqla iştirak etdi. Müəssisəmizlə əməkdaşlıq çərçivəsində "Sağlam həyat" Tibb Mərkəzində təcrübə keçəcəklər. Qrupun təcrübəsi aprel ayından başlayacaq. Bu təcrübə səfəri onların təhsil aldıqları ixtisasla bağlı məlumat almaları, gələcək peşələrinin mahiyətini daha yaxşı anlamalarına xidmət edir”. 

X.Səmədova əlavə edib ki, təcrübələr, sadəcə “Sağlam Həyat” Tibb Mərkəzində keçmirlər: “Müəssisəmizlə əməkdaşlıq çərçivəsində “ASPİ Agro” MMC, Qəbələ Konserv Zavodu, “The Snack Company”də də təcrübə keçirlər”.