İndiyədək 59 000-dən çox təhsil krediti müqaviləsi rəsmiləşdirilib – TTKF
İndiyədək www.e-ttkf.edu.az portalına təhsil tələbə kreditinin (TTK) alınması üçün 75 000-ə yaxın müraciət daxil olub.
Təhsil Tələbə Kredit Fondundan “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, nəticədə 59 000-dən çox kredit müqaviləsi rəsmiləşdirilib.
Rəsmiləşdirilən müqavilələrin 20 000-dən çoxu sosial təhsil tələbə kreditidir. 39 000-ə yaxın müqavilə isə standard təhsil tələbə kreditidir.
Qeyd edək ki, dünəndən başlayaraq ödənişli əsaslarla ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunan abituriyentlər və tələbələr təhsil krediti üçün müraciət edə bilərlər. 2025\2026-cı tədris ilinin payız semestri üçün portal.edu.az platforması üzərindən təhsil qeydiyyatını həyata keçirdikləri zaman paralel olaraq www.e-ttkf.edu.az portalı vasitəsilə TTK üçün də müraciət mümkündür.



