İnklüziv peşə təhsili alan tələbə beynəlxalq yarışda medal qazanıb
Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Aşpaz” ixtisası üzrə inklüziv təhsil alan tələbəsi Toğrul Bağırov 6-7 yanvar 2026-cı il tarixlərində BƏƏ-də keçirilən “Qlobal Ərəb Aşpazlar Müsabiqəsi 2026” beynəlxalq çempionatında ölkəmizi təmsil edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 10-dan çox ölkədən 280-dən artıq iştirakçının qatıldığı yarışda Toğrul şirniyyat kateqoriyası üzrə 2 nominasiya üzrə 2 bürünc medal qazanıb.


